Bu balıqları ovlaya bilərsiniz - İcazə verildi


10:45     09 Oktyabr 2018 2018/10/1-1539066918_1539067715.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər. Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəngkimilərin də ovlanmasına qadağa qoyulmayıb.



Femida.az

Açar sözlər:

Oxunub: 2842