Həbib Nurməhəmmədovla Makqreqor yerini dəyişdi - YENİ REYTİNQ CƏDVƏLİ


11:18     09 Oktyabr 2018 2018/10/1525169839370764424_1000x669_1539069638.jpg


Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.


Femida.az xəbər verir ki, 30 yaşlı döyüşçü buna ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruması sayəsində nail olub.

Görüşün 4-cü raundunda rəqibin boğma fəndindən sonra təslim olan K.Makqreqor isə 2-ci sıradan 8-ci yerə enib.

Qeyd edək ki, reytinqdə ilk sırada amerikalı Deniel Kormye qərarlaşıb. Onun həmyerlisi Ti Cey Dillaşou isə 3-cü pillədədir.



Femida.az

Açar sözlər: #Həbib_Nurməhəmmədov   #Konor_Makqreqor   #UFC229  

Oxunub: 3773