Qadın hesab üstündə kafedə döyüldü (VİDEO)


03:45     10 Oktyabr 2015 909161.jpg


Bakının Nəsimi rayonunda rəfiqələr arasında düşən mübahisə əlbəyaxa davaya keçib.

ANS TV-nin məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib. 45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı xəsarətlər alan yaralı qadın xəstəxanaya gətirilib.

Həkim Əli Səmədov açıqladı ki, qadın sağ tərəfdən 8, 9 və 10-cu qabırğaların sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkim həmçinin Xatirə Babayevanın vəziyyətinin az ağır olduğunu bildirib. Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar Nəsimi Rayon Polisi İdarəsində araşdırmalar aparılır.

Rayon ərazisində kafedə hesab üstündə baş vermiş daha bir mübahisə zamanı da qadın döyülüb. 50 yaşlı Məlahət Məlikova çoxsaylı bədən xəsarətləri ilə xəstəxanya gətirilib. Ona ilkin tibbi yardım göstəriləndən sonra palataya yerləşdirilib.

Zərərçəkənin sözlərinə görə, qardaşı hadisə baş verən kafedə pivə içib. Lakin hesabı ödəməyə pulu çatmayıb. Pul gətirmək üçün vaxt istəyib və bu zaman mübahisə düşüb. Kafenin işçiləri onu döyüb. Məlahət Məlikova qardaşının döyüldüyünü eşidəndə, o da kafeyə gəlib. Və yaranan mübahisə zamanı naməlum şəxslər Məlahət Məlikovaya da xəsarət yetirib.




Açar sözlər:

Oxunub: 958