Ukraynada hərbi anbarda partlayış - 20 min nəfər təxliyyə edilib (VİDEO)


15:15     09 Oktyabr 2018 partlayis%20yangin.jpg

Ukraynanın sursat anbarında partlayış və yanğın baş verib.



Femida.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

Partlayışla əlaqədar 20 min nəfər təxliyyə edilib. Hadisə yerinin 16 kilometrliyində yerləşən 30 yaşayış məntəqəsinin sakinləri köçürülüb.

Partlayışdan sonra fövqəladə vəziyyətin aradan qaldırılması üzrə qərargah yaradılıb.




Bundan yarım il əvvəl-martda Xarkov vilayətindəki sursat anbarında baş verən yanğın və partlayış nəticəsində isə ordakı hərbi arsenalın böyük hissəsi məhv olmuşdu.

Baş hərbi prokuror Anatoliy Matois həmin vaxt demişdi ki, Xarkov vilayətindəki partlayışı Rusiyanın xüsusi xidməti təşkil edib.

Bu insidentlərdən sonra Ukrayna hökuməti silah və sursat anbarlarının təhlükəsizliyinin gücləndirilməsinə təxminən 3 milyon yarım dollar vəsait ayırıb.



Femida.az

Açar sözlər:

Oxunub: 393