Zahud Oruc Fazil Mustafaya cavab verdi


19:57     14 May 2015 zahid%20oruc.jpg

Fazil Mustafanın mediaya verdiyi açıqlama müzakirəyə çevrilib:


“Bir neçə gündür Azərbaycanda maliyyə xəyanətlərinə görə baş verən həbs dalğası davam edəcək. Həbs olunanların arasında iri şirkət sahibləri və tanınmış iş adamlarının da olacağı istisna deyil”.

“Hüquq mühafizə orqanlarının bu günlərdə verəcəyi açıqlamalar müxtəlif mülahizələrə, fərqli istiqamətdə təhlilərə səsəb olacaq”

Bu fikiriləri Femida.az-a Milli Məclisin deputatı Zahid Oruc həmkarı Fazil Mustafanın açıqlmasına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Fazil Mustafanın dedikləri qeyri-qanuni fəaliyyətlə məşğul olan insanların məsləsinə aydınlıq gəlməlidir:

“Mən bilirəm ki, hörmətli həmkarım Fazil Musatanın dedikləri o nəticəyə gəlib çıxmır ki, niyyət məhz həbsdir. Həmkarım da onu nəzərdə tutur ki, kimsə qanundan kənar fəaliyyət aparıbsa, təyinatından kənar layihələrlə məşğul olubsa, o məsələyə aydınlıq gəlməlidir. Eyni zamada vəsaitlərdə, resurslarda geri qaytarılmalıdır”.

Zahid Oruc bildirb ki, bu həbsləri sahibkarlığa zərbə kimi düşünməmək lazımdır:

“Hesab edirəm ki, başılıca məsələ vahid bank sektorunda sabitliyin yaranması, şəfaflığın təmin edilməsidir. Sadəcə bir cümlə ilə desək, elə mənzərə yaranıb ki, sadə vətəndaş götürdüyü kiçik məbləğli kreditləri həm yuxarı səpkidə, həm də sərt tələblərə yəni girov və s.tələblərə görə ödədiyi halda külli miqdarada vəsaitlər isə xüsusilədə “Beynəlxalq bank”ın çevrəsindən daha aşağı faiz ilə və sanki girovsuz həyata keçirilir. Bu, sadə vətəndaşla hansısa böyük burjaziyanın təmsilçiləri arasında qeyri-bərabər vəziyyat yaratmaqla yanaşı, eyni zamanda həmin sferada çox ciddi problemlərə də yol açıb. Daha çox həmin vəsaitlərin təyinatı üzrə xərclənməməsi, uğursuz layihələrə yönləndirilməsi və nəticə etibari ilə bunun sonradan yəni manatın dollar qarşısında devalivasiyasından sonra xüsusilə də yalnız dollar alınmalarına səbəb olmağıdır.

Belə çıxıb ki, dövlətin hanısa banklar sferasından yönləndiridiyi vəsaitlər, sonradan daha çox möhtəkərliyə və yenə də dövlətin özünü başqa sferdan, yəni Mərkəzi Bank sferasından rezervlərinin bu vəsaitlər hesabına alınmağına səbəb olub. Elə hesab edin ki, dövlətin aşağı faizlə krediti, o biri yandan vəsaitlərin alınmağına səbəb olur ki, bu da öz özlüyündə kursdakı qeyri-müəyyənliyə səbəb olur. Ona görə də konkret olaraq dövlətin burada mövqeyi kompaniyaların bağlanması, onlarla münasibətlərin korlanması, sahibkarlıq mühitinə zərbə vurması deyildir”

Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bildirilir ki, həmin şəxslərin əməlləri haqda informasiyalar araşdırılıb və bu fırıldaqlarda iştirak edən hər kəsin cəzalandırılması ilə bağlı adıımlar atılması qərara alınıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 793


Oxşar xəbərlər