Tanınmış jurnalist həbs edildi


04:39     10 Oktyabr 2015 fft99_mf4730276.Jpeg


Türkiyənin məşhur xəbər aparıcısı Uğur Dündar həbs edilib.

Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, U.Dündar qələmə aldığı köşə yazısında keçmiş nəqliyyat və dənizçilik naziri Binali Yıldırımı təhqir etməkdə ittiham edilir.

Məhkəmə eks-nazirin qaldırdığı iddianı qəbul edərək tanınmış jurnalist barəsində hökm çıxarıb.

Məhkəmənin qərarı ilə U.Dündar 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 1051