Öldürülən jurnalistin qatili tutuldu


15:55     09 Oktyabr 2018 2018/10/01-(16)_1539086174.jpg

Bolqarıstanda 30 yaşlı jurnalist Viktoriya Marinovanın ölümündə şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, tutulan şəxs Moldova pasportuna malik Rumıniya vətəndaşıdır. Onun kimliyi və hadisənin digər təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, araşdırmaçı-jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahildə meşə zolağında tapılıb. Onun zorlandığı, daha sonra qətlə yetirildiyi məlum olub. İstintaq jurnalistin ölümü ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 464