Prezident ABŞ rəsmiləri ilə Qarabağı müzakirə etdi
16:35 09 Oktyabr 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kenti qəbul edib.
Femida.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərdiyi məktublarda Azərbaycan-ABŞ münasibətləri ilə əlaqədar ifadə etdiyi fikirlərə və xoş sözlərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlığa toxunuldu, ölkəmizin Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsi və ikitərəfli əsasda Əfqanıstan hökumətinə verdiyi dəstək yüksək qiymətləndirildi.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək xüsusi qeyd olundu.
Söhbət zamanı, həmçinin qeyri-neft sektoru, o cümlədən ticarət, informasiya texnologiyaları, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.
Femida.az
Oxunub: 267
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib