Bakıdakı finala görə Avropa çempionatının vaxtı dəyişdirildi


18:16     09 Oktyabr 2018 18_10_09_1539089708.jpg

Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulmuş gimnastika üzrə iki Avropa çempionatının vaxtını dəyişib.


Femida.az xəbər verir ki, çempionatın vaxtının dəyişdirilməsi futbol üzrə Avropa Liqasının finalının mayın 29-da Azərbaycan paytaxtında keçirilməsi ilə bağlıdır.

Əvvəlcə nəzərdə tutulmuşdu ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı mayın 31-dən iyunun 2-dək keçiriləcək. Lakin dünən çıxarılan yeni qərara əsasən, Avropa birinciliyi üç gün yox, dörd gün ərzində keçiriləcək və yarışlar 16-19 may tarixlərində baş tutacaq.

Mayın 23-25-nə nəzərdə tutulmuş aerobika gimnastikası üzrə Avropa çempionatının da tarixində dəyişiklik olunub. Belə ki, həmin qitə birinciliyi bir gün gec başlayıb, bir gün gec başa çatacaq (24-26 may).

Açar sözlər:

Oxunub: 417