Rusiya Qərblə kiber müharibəyə hazırlaşır


20:54     09 Oktyabr 2018 kiber%20hucum.jpg

Rusiya Qərb tərəfindən kiber hücumlara hazırdır və onlara cavab verəcək. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Oleq Sırmolotov bildirib.

Onun sözlərinə görə, Moskva bu kiber hücumların qarşısını almağa və onlara sərt cavab verəcək.

Nazir müavini eyni zamanda Londonun bununla bağlı mümkün addımları barədə məlumatsız olduğunu bildirib: "Bununla bağlı mənə heç nə məlum deyil".

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bildirilib ki, rəsmi London Böyük Britaniyaya zərər vurmaq istəyən ölkələri "dayandırmaq" üçün "hücum" kiber qoşunlarının sayını praktiki olaraq dörd dəfə artırmaq niyyətindədir.

Məlumata əsasən, yeni "hücum" kiber qoşunlarına 2 minə qədər mütəxəsis cəlb oluna bilər. Böyük Britaniya bu qərarı Rusiya tərəfindən kiber təhdidlərin artması ilə izah edib.

Telekanalın mənbəsi əlavə edib ki, kiber qoşunlarının sayının artırılmasına Böyük Britaniya, təxminən, 250 milyon funt-sterlinq ayıracaq. Digər mənbə isə hökumətin bu layihəyə daha çox vəsait yatıracağını bildirib.

Qeyd edək ki, daha əvvəl Britaniya parlamentinin Konservatorlar palatasından olan üzvü Bob Sili bəyan etmişdi ki, Rusiya öz düşmənlərinə qarşı təbliğat alətləri və haker hücumlarından istifadə edir. (Sputnik)

Femida.az

Açar sözlər:

Oxunub: 317