Türkiyədə zəlzələ olub


08:44     10 Oktyabr 2018 zelze%20444.jpg

Türkiyənin qərbində 3,4 bal gücündə zəlzələ baş verib.

Femida.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 18:33-də qeydə alınan yeraltı təkanların episentri İzmir şəhərindən 189 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 317