Universitetdə atışma: 1 ölü, 4 yaralı


14:31     10 Oktyabr 2015 a68c76506562572d840f6a706700fbb5.jpg

ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərindəki universitet şəhərciyində baş verən atışma nəticəsində bir nəfər həlak olub, dörd nəfər yaralanıb.


Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Atəş açan şəxsin kimliyi və cinayətin motivləri barədə hələ ki, heç bir məlumat yoxdur.

Flaqstaff şəhərində yerləşən Şimali Arizona Universitetinin yataqxanasında 20 min tələbə yaşayır.

Bu, ABŞ-da son ay ərzində odlu silahın istifadə olunduğu ilk insident deyil. Belə ki, oktyabrın 1-də Oreqon ştatının Rouzburq şəhərində Kris Harper Merser adlı şəxsin Umpkva kollecinin korpuslarının birində açdığı atəş nəticəsində 9 nəfər həlak olmuş, 7 nəfər isə yaralanmışdı. Bu faciədən dərhal sonra Birləşmiş Ştatların Prezidenti Barak Obama silah satışına qadağa qoyulmasının zəruriliyinə dair bəyanatla çıxış edib.

Açar sözlər:

Oxunub: 662