Gəncədə 5 avtomobil toqquşdu - Yaralılar var


10:23     10 Oktyabr 2018 2018/10/zencirvari_1539153419.jpg

Gəncə şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az Report-a istinadən xəbər verir, hadisə şəhərin Sadiq Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, VAZ 21015, "Mersedes", VAZ-2104 və iki VAZ-2107 markalı avtomobillərin iştirakı ilə baş verən zəncirvari avtomobil qəzasında, 1974-cü il təvəllüdlü Atəş Firdus oğlu Quliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı daha iki nəfərin xəsarət aldığı və onlara hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardımın göstərildiyi bildirilir.

İlkin məlumatlara görə, qəzaya ərazidə hərəkətdə olan marşurut avtobusunun yol qaydalarını pozması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 423