Oktarın “sağ əli” də həbs edildi


10:59     10 Oktyabr 2018 2018/10/adnan-oktar_1539154898.jpg

Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın ən yaxın adamları həbs olunub.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul polisinin bu gün keçirdiyi əməliyyat zamanı Adnan Oktar və qrupuna qarşı aparılan istintaq çərçivəsində barələrində həbs qərarı çıxarılan Tarkan Yavaş və Serkan Yumru saxlanılıb.

Elm Araşdırma Vəqfinin sabiq başqanı Tarkan Yavaş azyaşlı uşağa qarşı cinsi istismar, beynəlxalq agentura şəbəkəsinə üzv olmaqla birlikdə 20 cinayətdən axtarışda idi və Adnan Oktarın “sağ əli” hesab olunurdu.

Əməliyyat nəticəsində Tarkan Yavaş və Serkan Yumruya kömək edən, onları gizlədən 7 nəfər də saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 465


Oxşar xəbərlər