Polis idarəsi narkomaniyaya qarşı tədbir keçirib - FOTO


11:15     10 Oktyabr 2018 2018/10/DSC08134_3078311840.jpg

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Nizami adına mədəniyyət mərkəzində 123 saylı tam orta məktəbin şagird və müəllim kollektivinin iştrakı ilə Xəzər RPİ-nin rəhbərliyi tərəfindən təşkil olunmuş “Narkomaniya sosial bəladır”, və sosial şəbəkələrdə gələcəyimiz olan övladlarımızın həyatı üçün təhlükəli olan oyunlardan uzaq olmaları mövzusunda növbəti geniş profilaktiki və marifləndirici tədbir keçirilib.

Həmin tədbirdə Xəzər Rayon Polis idarəsinin rəisi polis polkovniki Azər Muradov çıxışında yetkinlik yaşına çatmayanlar arasında hüquqa zidd əməllərin, cəmiyyətimizdə zəif də olsa artan dinamika və inkişaf edən narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını və bu tip marifləndirici tədbirlərin yeniyetmələrin təlim tərbiyəsində xüsusi əhəmiyyəti oldugunu qeyd edib.



Həmçinin tədbirdə Xəzər RPİ-nin Veteranlar Şurasının sədri polis polkovniki İsmayıl Qasımov və Polis Akademiyasının müəllimi polis leytenantı Ata Vəliyev şagirdlərin qarşısında çıxış edərək uşaqların vətənimizə, dövlətimizə sadiq olmağı, ölkəmizin milli qəhrəmanlarını nümunə göstərməklə vətənpərvərlik ruhunda böyümələrini gənclərimizə tövsiyyə edib.




Sonradan Xəzər RPİ-nin YYÇPİTB-nin əməkdaşları və müəllim kollektivi tərəfindən sosial şəbəkələrdə azyaşlılar tərəfindən təhlükəli oyunlardan qorunmaq üçün onların kompyuter və telefonlarına valideynlər tərəfindən nəzarətin gücləndirilməsi tövsiyyə olunub.

Keçirilən tədbirdə 123 saylı tam orta məktəbin şagirdləri ilə yanaşı onların valideyn və müəllim kollektivi də iştirak edib. Eləcədə bu tədbirə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərdəkən qəsəbə ağsaqqalları və ictimayət nümayəndələri dəvət olunublar. Onlarda belə tədbirlərin mütəmadi keçirilməsinə dəstək olaraq öz təşəkkürlərini bildiriblər.



Tədbirin sonunda Xəzər Rayon Polis İdarəsinin rəisi tərəfindən tədbirdə fəal iştirak edən və antinarkotik mövzusunda çəkilmiş rəsimlərin sərgisinə görə şagirdlərə fəxri fərmanlar təqdim olunub. Xəzər RPİ tərəfindən rayon ərazisində bu mövzuda mütəmadi olaraq belə tədbirlər keçirilməkdədir.



Femida.az

Açar sözlər:

Oxunub: 3296