Şagird məktəbə gözyaşardıcı qaz buraxdı - Zəhərlənənlər var


12:35     10 Oktyabr 2018 mektebn.jpg

Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib.



Femida.az Trend-ə istinadən xəbə verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib.

Məktəbdən hadisə ilə bağlı bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1558