Tarixin ən "humanist" ölüm maşını: GİLYOTİN


14:06     10 Oktyabr 2018 18_10_10_1539166024.jpg


Gilyotin — bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alətə verilən addır. Düz 229 il öncə - 10 oktyabr 1789-cu ildə Fransız həkim Qilyotin insanıarın edamı üçün icad etdiyi öz bədnam ölüm maşınınının maketinin dövlətə təqdim edir.

Gilyotinin üst hissəsi isə çəkisi 40 kq-dan 100 kq-dək dəyişən iti bıçaqdan ibarətdir.

Alətin hündürlüyü 2-3 metrdir. Hökm icra olunarkən əvvəlcə məhkumun baş hissəsi iki taxta arasında yerləşdirilir, sonra cəllad 2-3 metr hündürdə yerləşən iti bıçağı sürətlə aşağı doğru çəkərək, məhkumun boyun nahiyəsindən başını üzürdü.

Gilyotinə bənzər edam alətlərindən Avropanın İngiltərə, İtaliya, İsveç, İsveçrə, Almaniya və başqa ölkələrində də qeyri-rəsmi şəkildə istifadə edilirdi. Ancaq bu alət ilk dəfə rəsmi olaraq Fransada edam hökmlərinin icrasında tətbiq edilib. Belə ki, 1789-cu ildə Fransa məclisinə üzv seçilən İ. İ. Giyotin ölkədə edamın vahid və “humanist” üsulla – ağrının minimuma endirilməsi üçün məhkumun başının boyun nahiyəsindən üzülməsi üsulu ilə keçirilməsini təklif edir. Təklif uzun müzakirələrdən sonra 1791-ci ildə qəbul edilərək Fransa Cinayət Məcəlləsinə daxil edilir.

Fransa inqilabından sonra geniş tətbiq edilən edam vasitəsinə çevrilən gilyotindən əvvəl ölkədə əsilzadələr qılınc və ya balta ilə, sadə xalq nümayəndələri isə dar ağacından asılmaqla, ağır cinayət törətməkdə təqsirli bilinənlər isə tonqalda yandırılmaqla edam edilirdilər. Gilyotinə bənzər edam üsullarında isə yaxınları məhkumun ağrı çəkmədən öldürülməsi üçün cəllada pul belə təklif edirdilər.

Sonuncu dəfə kütlə qarşısında gilyotində edam edilən şəxs Oyqen Veydmandır. Fransada gilyotinin son qurbanı isə Həmidə Cəndubi olur. Cəndubinin edamı 1977-ci ilə təsadüf edir. Bundan 4 il sonra, yəni, 1981-ci ildə Fransada edam hökmü ləğv edilir.



Gilyotinlə ölüm dərhal gerçəkləşirmi?

Gilyotinin Fransada ilk dəfə tətbiq olunduğu vaxtdan indiyədək bu alət ilə ölüm hökmünün icrası zamanı məhkumun dərhal ölüb-ölmədiyi mövzusu daim mübahisə mövzusu olmuşdur.

Keçmiş dövrlərdəki digər edam üsullarında məhkumun müəyyən qədər əzab çəkməsi, demək olar ki, hamı tərəfindən qəbul edilirdi. Ancaq gilyotinin “humanist” ölüm vasitəsi olması şübhə ilə qarşılanıb. Hətta bəziləri gilyotində edam edilən məhkumun digər üsullarla öldürülənlərlə müqayisədə daha çox ağrı hiss etdiklərini iddia etmişlər. Belə ki, başı kəsilən məhkumun hərəkətlərini izləyənlər edam edilən şəxsin gözlərinin bir müddət hərəkət etdiyini, eləcə də ağız quruluşunun dəyişdiyinə dair saysız-hesabsız hekayələr nəql etmişlər.

Fransız Kimyaçı Lavuazye 51 yaşındaykən, məhkəmə onun gilyotinlə öldürülməsinə qərar verir. Lavuazye, ölümə gedərkən Riyaziyyatçı dostu Laqranjı yanına çağırır və deyir:

“Başım səbətə düşdükdə gözlərimə bax. Əgər iki dəfə göz qırpsam, insanın başı kəsildiktən sonra bir müddət daha beyni düşünməyə davam edir deməkdir."

Və beləliklə, başı kəsilib səbətə düşdükdə gülərək iki dəfə göz qırpır.

Riyaziyyatçı Laqranj deyir:
— Lavuazyenin son saniyəsinədək isbat arayışı, elmin yüz illər boyu davam edəcək məsəlidir.



Gilyotində edam edilmiş 5 ən məşhur insan:

1. XVI Lüdoviq(21 yanvar 1793)
2. Mariya Antuanette(16 oktyabr 1793)
3. Maksimilyan Robespyer(28 iyul 1794)
4. Corc Jak Danton(5 aprel 1794)
5. Olimp De Guze(3 noyabr 1793)

Femida.az

Açar sözlər: #gilyotin   #edam   #Fransa   #tarix  

Oxunub: 4439


Oxşar xəbərlər