İdmançımız ermənini peşman etdi


14:43     10 Oktyabr 2018 18_10_10_1539168282.jpg

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib.


Femida.az xəbər verir ki, 31 ölkənin qatıldığı yarışın ilk günündə millimizin iki üzvü rinqə çıxıb.

Boksçularımızdan Əli Zamanov (48 kq) Hayk Alaberkyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibinə heç bir şans verməyən Zamanov ermənini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyanla qarşılaşacaq. Görüş bu gün baş tutacaq.

Zamanovdan fərqli olaraq, Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ingiltərəli Saca Hikiyə 0:5 hesabı ilə məğlub olub.

Yarışın ikinci günündə Əli Zamanovla yanaşı, daha beş boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov (54 kq) çexiyalı Dominik Stepaneklə, Turğay Mirzəyev (57 kq) serbiyalı Branko Zeremskiylə, Eldar Babayev (60 kq) belaruslu Yan Krukovskiylə, Elmir Novruzov (63 kq) şotlandiyalı Cey Delani ilə və Mehman Quliyev (70 kq) monteneqrolu Miloş Krasniçi ilə döyüşəcək.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

Açar sözlər: #idman   #Boks  

Oxunub: 1575