Ağcabədidə brakonyer saxlanıldı - 1000 manat cərimələndi


15:41     10 Oktyabr 2018 2018/09/ovcu_0041_1536821821.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 340