Qazaxın sərhəd kəndlərində 13 polis məntəqəsi tikilib


17:11     10 Oktyabr 2018 polis.jpg

Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin tam təmin edilməsi, ictimai qaydanın qorunması və ən əsası baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Qazax rayonunun sərhəd kəndlərində 13 yeni polis sahə məntəqəsi inşa olunub.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, bu sahə məntəqələri polisin iş şəraitinin yaxşılaşdırmaqla bərabər, vətəndaşların müraciətlərinin vaxtında araşdırılmasına da şərait yaradıb.

Qazax rayon Bala Cəfərli kənd sakini Barat Vəliyev qeyd edir ki, əvvəllər kənd sakinləri polisə müraciət edən zaman müəyən məsafə qəth edib rayon mərkəzinə getməli olurdular. Ancaq indi kəndlərdə yeni polis sahə məntəqəsi inşa olunub.

Rayonun Məzən kəndində yaşayan Camoy Çaylı isə Qazax rayon polisi ilə bağlı qeyd edir ki, hər hansı bir işlə bağlı müraciət olduqda polislərimiz dərhal gəlib lazımi köməyi göstərirlər. Bundan başqa gün ərzində rayon Polis Şöbəsinin rəisi başda olmaqla sıravi işçisinə qədər hamısı camaatın içindədir.

Qazax sakinlərinin razılğına səbəb olan 13 polis sahə məntəqəsinin inşası 4 nəzarət buraxılış məntəqəsinin tikintisi eləcə də, 63 ədəd müasir müşahidə kameralarının quraşdırılmasıdır. Yaradılan imkanlar 20 minə yaxın sakinin təhlükəsiz və rahat yaşamasına şərait yaradıb. İndi sözügedən kəndlərdə baş verə biləcək cinayətlərin qarşısı vaxtında alınmaqla bərabər polis vətəndaş münasibətləri xeyli yaxşılaşıb.

Artıq kəndlərdə quraşdırılan müşahidə kameraları özünü müsbət tərəfdən doğrultmaqdadır. Son aylar ərzində Fərəhli və digər cəbhəyanı kəndlərdə qeydə alınan oğurluq cinayətlərinin açılmasında polisin sayıqlığı ilə yanaşı müşahidə kameralarının da böyük rolu olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslər müəyyən edilərək istintaqa təhvil verilib eləcədə zərərçəkənə dəyən ziyan ödətdirilib.

Yeni polis sahə məntəqələrinin inşası tək vətəndaşların deyil asayiş keşikçilərinin də iş şəraitini xeyli yaxşılaşdırıb. Xüsusi ilə gənc polis zabitləri yaradılan hərtərəfli şəraitdən maksimum yararlanaraq cinayətkarlığa qarşı barışmaz mübarizə aparırlar. İctimai təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 723