ABŞ dövlət rəsmisindən Azərbaycan və Ermənistan liderlərinin görüşünə MÜNASİBƏT


22:07     10 Oktyabr 2018 18_10_10_1539180008.jpg

"Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşüməsi çox müsbət siqnaldır".

Femida.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

Onun sözlərinə görə, bu görüşdən sonra təmas xəttində gərginlik azalıb.

"Biz də daima tərəfləri buna çağırırıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edir", - C.Kent bildirib.

Onun sözlərinə görə, iki həftədən sonra Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər, səfər zamanı onlar növbəti dəfə tərəfləri gərginliyi azaltmağa çağıracaqlar.

Xatırladaq ki, bu il sentyabrın 28-də Düşənbədə keçirilmiş MDB sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Femida.az

Açar sözlər:

Oxunub: 380