Qızıl oğurlayıb banka girov qoydu - Kredit götürdü


21:46     10 Oktyabr 2018 2018/10/2CDE1235-0DEA-42DF-B0CB-3EA42C86965C_1539193726.jpeg

Şəmkir rayonunda oğurluq edən şəxs saxlanılıb.

Femida.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun “Qafqazinfo”ya verdiyi məlumata görə, rayonun Qədimqala kənd sakininin mənzilindən qızıl oğurlanıb.

Ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyalarının oğurlandığı müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu 22 yaşlı Salman Qurbanzadə saxlanılıb.

O, ilkin dindirmə zamanı oğurladığı qızıllları Şəmkir şəhərində banklardan birinə girov qoyaraq, pul götürdüyünü, həmin məbləği isə özünə xərclədiyini bildirib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 482