Naxçıvanda uşaqlar icbari dispanserizasiyadan keçiriləcək


09:03     11 Oktyabr 2018 naxcivan%20ehali.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncam Muxtar Respublikada uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə verilib.

Sərəncama görə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 310