117 milyon manat kredit verilib


09:09     11 Oktyabr 2018 kredit-yur-licam.jpg

Bu ilin ötən dövründə sahibkarlara 117 milyon manatdan çox güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Femida.az-a daxil olan xəbərə görə, yeni qaydalarla müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 5,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqropark, müasir istixana və heyvandarlıq komplekslərinin yaradılmasına, tikinti materialları, mebel, çörək istehsalı, quşçuluq, bağçılıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117,3 milyon manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində 7700-dən çox yeni iş yerlərinin açılması mümkün olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 401