Fransa prezidenti Ermənistana gəldi


09:29     11 Oktyabr 2018 2018/10/defau-1539235317_1539235975.jpg

Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Brijit Makronla birlikdə İrəvana səfərə gəlib.


Femida.az News.am-a istinadən xəbər verir ki, Zvartnots hava limanında Makronu Ermənistan XİN-in rəhbəri Zohrab Mnatsakanyan qarşılayıb.

Qeyd edək ki, Makron Ermənistanda 11-12 oktyabrda keçiriləcək Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 478