Naxçıvanda rekord göstərici: Heç kimin vergi borcu yoxdur


09:45     11 Oktyabr 2018 naxcivanseher_1504764282.jpg

Gəlirin, mənfəətin, torpağın, əmlakın, təqdim edilmiş malların, ticarət əlavəsinin və xərclərin uçotunun hüquqi və fiziki şəxslər tərəfindən müstəqil aparılması, vergilərin sərbəst hesablanması və vaxtında büdcəyə ödənilməsi, bəyannamələrin təqdim edilməsi vergi qanunvericiliyinə könüllü əməletmə kimi mühüm əhəmiyyət kəsb edir.

Femida.az AzVison.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumatda bildirilib ki, bu, həm də yüksək vergi mədəniyyətininformalaşmasından xəbər verir. Son illər muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülüb, maarifləndirmə işlərinin əhatə dairəsi genişləndirilib. Vergiödəyiciləri ilə görüşlərdə vergi qanunvericiliyinə könüllü əməletmənin üstünlükləri barədə söhbətlərin aparılması öz bəhrəsini verir. Belə ki, bu ilin ötən 9 ayında vergiödəyiciləri tərəfindən hesablanmış vergilər vaxtında və tam ödənilib, nəticədə, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən heç bir vergi borcu qeydə alınmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 382