Narkotik gətirən 3 nəfər tutuldu - Fotolar
10:31 11 Oktyabr 2018
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-dən Femida.az-a verilən məlumata görə, 4 oktyabr tarixində sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan dövlət sərhədindən keçirilən 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəybala oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Tengiz oğlu saxlanılıblar.
Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəyyənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub. Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 557
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb