Bakıda ŞOK: 3-cü sinif şagirdi məktəbdə özünü öldürmək istədi
11:59 11 Oktyabr 2018
Bu gün səhər saatlarında 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib.
Femida.az xəbər verir ki, şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.
Müəyyən olunub ki, sözügedən şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil.
O, dini təriqətli valideynlərinin təsiri altındadır:
“Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları rəhbərliyə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib.
Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub.
Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.
Qeyd edək ki, ötən gün də 76 nömrəli tam orta məktəbdə 6-cı sinif şagirdi dəhlizdə gözyaşardıcı qaz sıxdığından şagirdlər təxliyyə olunmuşdu.
Femida.az
Oxunub: 2423
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"