77 yaşlı qadının meyiti vanna otağından tapıldı


13:59     11 Oktyabr 2018 hamamda.jpg

Qaxda 77 yaşlı qadının meyiti yaşadığı evin vanna otağında aşkar edilib.


Femida.az xəbər verir ki, ötən gün günorta saatlarında Qax şəhər sakini, 1941-ci il təvəllüdlü Sümayə Teyub qızı İsrafilovanın meyiti yaşadığı evin vanna otağında yaxınları tərəfindən aşkar edilib.

77 yaşlı S. İsrafilovanın ilkin olaraq dəm qazından boğularaq öldüyü ehtimal edilir. Ölüm səbəbini dəqiqləşdirmək üşün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 341