Aprel döyüşlərində həlak olan qızın qardaşı minaya düşdü - Ayağı amputasiya olunub

Aprel döyüşlərində həlak olan qızın qardaşı minaya düşdü - Ayağı amputasiya olunub


15:30     11 Oktyabr 2018 18_10_11_1539257513.jpg

Tərtər rayon sakini Azad Həsənov minaya düşüb.

Femida.az xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyətindən AzVision.az-a məlumat verilib.

Hadisə Həsənqaya kəndi ərazisində baş verib. Minaya düşən gənc həmin ərazidə mal-qara otarırmış. A.Həsənov Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, ayağı aşağı hissədən amputasiya edilib.

Qeyd edək ki, Azad Həsənov Kəlbəcər rayonundan məcburi köçkün düşüb. O, ailəsi ilə birlikdə Tərtər ərazisində məskunlaşıb. Aprel döyüşləri ərəfəsində düşmənin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində bacısı, 16 yaşlı Turanə həlak olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə isə xəstə hazırda nəzarət altındadır.

“Vəziyyəti pisdir. Xəstədə sol ayağının travmatik amputasiyası, sağ baldırın arxa səthinin geniş cırılmış yarası, xayalığın zədələnməsi və hər iki xayanın amputasiyası, hər iki saidin geniş cırılmış yarası qeydə alınıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov bu gün Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.

Femida.az

Açar sözlər: #mina   #Tərtər   #kəndli   #məcburi_köçkün  

Oxunub: 346