Bu ərazilərdə ov etmək qadağandır - SİYAHI


15:39     11 Oktyabr 2018 2018/09/ovcu_0041_1536821821.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov etmək qadağan olunan ərazilərin adlarını açıqlayıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu ərazilər aşağıdakılardır:

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;
Xəzər dənizinin adaları;
yaşıl zonalar;
şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;
xüsusi mühafizə olunan ərazilər;
sanitar-mühafizə zonaları.

Femida.az

Açar sözlər:

Oxunub: 440