Qida Təhlükəsizliyi Agentliyindən sahibkarlara XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyindən sahibkarlara XƏBƏRDARLIQ


15:45     11 Oktyabr 2018 2018/08/aqta_1533113842.jpg


Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, o cümlədən ətraf mühitin və əhalinin sağlamlığının mühafizə edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan aqrokimyəvi maddələrin və pestisidlərin müvafiq keyfiyyət standartlarına uyğunluğuna və bitki mühafizə vasitələrini müşaiyət edən sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilməsinə nəzarət edir.

Qanunvericiliyin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilmir.

Bildirilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir ki, pestisid və aqrokimyəvi maddələri müşaiyət edən sənədlər qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu maddələrin ölkəyə idxalına icazə verilmir.

Femida.az

Açar sözlər: #AQTA   #qida   #xəbərdarlıq  

Oxunub: 202