Keçmiş bankirin arvadı barədə ŞOK: Hər gün 33 min manatlıq şərab içirmiş


16:38     11 Oktyabr 2018 18_10_11_1539261657.jpg

Son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləyən Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Türkiyə mediasının da diqqət mərkəzindədir.


Femida.az xəbər verir ki, Hacıyevanın xərcləmələri ilə bağlı İngiltərə mətbuatında yer alan “Dünya belə pul xərcləyən qadın görmədi” şərhi Türkiyə mediasının manşetinə daşınıb.

“The Sun” nəşrində xərcləmələrlə bağlı dərc olunan siyahıda ən diqqət çəkənlər arasında Z.Hacıyevanın hər gün şüşəsi təxminən 4 min manatlıq şərabdan içməsi, Fransanın zinət əşyaları və saat evi olan “Boucheron”dan təxminən 337 min manata broş və 225 min manata "Cartier” dən zinət əşyası almasıdır.

Eyni zamanda, məhkəmə sənədlərində qeyd edilir ki, Cahangir Hacıyev həyat yoldaşı üçün xüsusi yaşayış vizası almaq üçün təxminən 2 milyon 250 min manat və aylıq yaşayışı üçün təxminən 45 min AZN pul ödəyib.

Açar sözlər: #kriminal   #Cahangir_Hacıyev  

Oxunub: 4506