Dövlət Agentliyinə 3 milyon manat ayrılıb
19:28 11 Oktyabr 2018
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən, 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
İqtisadiyyat Nazirliyinə Azərbaycanın 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Femida.az
Oxunub: 386
Oxşar xəbərlər
- Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
- Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
- MN: "Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır"
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib
- Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib