Faiq Qarayev karyerasını bitirdi, Natalya Məmmədova millidən getdi
21:15 11 Oktyabr 2018
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.
Bu barədə Femida.az-a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.
O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.
F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.
Oxunub: 670