Azərbaycan əhalisi 9 aya 26 milyard manat xərcləyib
20:51 11 Oktyabr 2018
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 26,2 milyard manata bərabər olub.
Femida.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 13 milyard 133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13024,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,3 faiz üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 32,3 faizi isə bazar və yarmarkalarda satılıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Femida.az
Oxunub: 670
Oxşar xəbərlər
- Britaniya kəşfiyyatı: "Xersonda ərzaq qıtlığı əhalinin kütləvi köçünə səbəb olacaq"
- Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- "Azərbaycanda ərzaq qıtlığı yoxdur və gözlənilmir" - AÇIQLAMA
- Baş Nazir: "Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır"
- Kiyevdə ərzaq mağazalarında uzun növbələr yaranıb, banklar bağlanıb
- Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb
- Nazirlər Kabinetində ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib
- Şəmkirdə ərzaq mağazasında istifadə müddəti bitən məhsullar aşkarlanıb
- Pandemiya ərzaqlıq buğdanın qiymətinin artımına səbəb olub