Maşını arxaya verərkən piyadanı vurdu


09:00     12 Oktyabr 2018 piyada5.jpg


Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az "report"-a istinadən bildirir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində arxaya hərəkət edən "VAZ-2104" markalı avtomobil yol kənarında dayanmış yerli sakin Cəmilə Mehdiyevanı vurub.

Nəticədə qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 359