Oğurluq etməzdən öncə spirtli içki qəbul etdi - Foto
09:08 12 Oktyabr 2018
Oktyabrın 7-si Gədəbəy rayonunun Tərsyer kəndindəki mənzillərdən birində qarət olub.
DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Femida.az-a verilən məlumata görə, evdən xeyli miqdarda qızıl zinət əşyası və 7 min rus rublu oğurlanıb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq cinayətinin Tovuz rayon sakini, hazırda həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədov tərəfindən törədildiyi müəyən edilib.
Saxlanılan şəxs ifadəsində qarətdən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyini və onun təsiri altında bu yola əl atdığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Femida.az
Oxunub: 966
Oxşar xəbərlər
- Oğurluqda ittiham olunan qadının məhkəməsi başlayır
- Oğurluq edən qardaşlar tutuldu
- Oğurluq etmək istəyən keçmiş məhkum saxlanıldı
- Oğurluq edən 3 qardaş tutuldu
- Oğurluq edən şəxslər tutuldu
- Oğurluq edən qardaşlar saxlanıldı
- Oğurluqda şübhəli bilinən şəxs saxlanıldı
- Oğurluq üstündə ələ keçdi - Başqa əməllərinin üstü açıldı
- Oğurluq edən qardaşlar saxlanılıb
- Oğurluq üstündə tutuldu, başqa cinayətləri də üzə çıxdı