Avtomobildə xeyli siqaret və mobil telefonlar keçirmək istəyərkən SAXLANILDI- VİDEO


10:46     12 Oktyabr 2018 18_10_12_1539327025.jpg


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına “Opel Vectra” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 600 ədəd “Marlboro” və 2180 ədəd “Kent” markalı siqaretlər, 18 ədəd müxtəlif markalı telefonlara aid telefon qutuları, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 3 ədəd üzərində “Mİ A2 Lite” yazısı olan və 3 ədəd üzərində “Redmi Note 5” yazısı olan mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.





Femida.az

Açar sözlər: #gömrük   #DGK   #komitə  

Oxunub: 735