Azərbaycan təbii qaz ixracını artırıb


11:06     12 Oktyabr 2018 qaz90.jpg

Bu ilin 3 rübündə Azərbaycandan 5 milyard 262 milyon 743 min kubmetr təbii qaz ixrac olunub.


Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 28 milyon 245 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, keçən ilin doqquz ayında ölkədən 5 milyard 213 milyon 579 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 928 milyon 658 min dollar olub.

Femida.az


Açar sözlər:

Oxunub: 425