Azərbaycanı iki yerə bölən müqavilənin imzalanmasından 205 İL KEÇİR


11:35     12 Oktyabr 2018 18_10_12_1539329947.jpg

Bu gün Böyük Azərbaycanın bölünməsindən 205 il ötür. 1813-cü il 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında indiki Goranboy rayonu ərazisindəki Gülüstan kəndində müqavilə imzalandı. Bizi ikiyə bölən müqavilənin mətnini Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi Qor Ousli hazırlamışdı, imzalayanlar isə Nikolay Rtişev və Mirzə Əbülhəsən xan oldu.

Bu həm də 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilədir.

Müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırki Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Bir az da konkretləşdirsək, bu müqavilə ilə Cənubi Qafqazın əksər hissəsi, o cümlədən Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyasının hakimiyyəti altına keçdi.

15 ildən sonra isə Türkmənçay müqaviləsi imzalanacaqdı...

Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. Müxtəlif dövrlərdə birləşmək üçün cəhdlər olmasına baxmayaraq hələki buna nail olmaq münkün olmadı.

Gülüstan sülh müqaviləsi ilə həm də tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü. Bu sülh müqaviləsi Azərbaycanın Rusiya-İran arasında olan bölüşdürülməsinin birinci mərhələsi idi. Bu bağlanmış sülh müqaviləsi ilə çox qədim tarixə malik olan Azərbaycan xalqının tarixin sonrakı mərhələlərində ayrı-ayrı inkişaf yolları ilə irəliləməsinin başlanğıcı qoyuldu.

Femida.az

Açar sözlər: #Gülüstan   #müqavilə   #Azərbaycan   #Rusiya   #İran   #Türkmənçay   #tarix  

Oxunub: 9410