70 min manatdan artıq cərimə tətbiq edilib - Nazirlikdən açıqlama
11:37 12 Oktyabr 2018
16-30 sentyabr 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 313 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli "məcburi göstəriş" verilib.
Ümumilikdə, 65 iş üzrə 70.250 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 42 iş üzrə 38.761,99 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 338 iş üzrə 97.965,06 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 48, icra qurumlarına 63, məhkəmələrə isə 8 iş göndərilib.
Femida.az
Oxunub: 361
Oxşar xəbərlər
- 70 mindən çox insana vaksin vuruldu
- 700-dək qaziyə əlillik dərəcələri təyin olunub
- 700-ə yaxın qazi işlə təmin olunub
- 70 yaşlı qadın evində ölü tapılıb
- 70 mindən çox insan günvurmadan xəstəxanalara yerləşdirilib
- 70 yaşlı qadın itkin düşdü, 81 yaşlı kişi onu axtarır
- 70 min ton Azərbaycan nefti Ukraynaya çatdırılıb
- 7000-ə yaxın abituriyent ərizəsini təsdiq etməyib
- 70 yaşlı qadın intihar etdi - Gəncədə
- 70 binanın istismarına müsbət rəy verilib