Bakı-Qəbələ dəmir yolu nə vaxt açılacaq? - Cavid Qurbanov tarixi açıqladı

Bakı-Qəbələ dəmir yolu nə vaxt açılacaq? - Cavid Qurbanov tarixi açıqladı


12:25     12 Oktyabr 2018 2018/10/demir_yolu_2784756_1539332912.jpg

Bakı-Qəbələ dəmir yolu gələn il açılacaq, onun istifadəsi üçün yeni qatarlar alınacaq.


Femida.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yeni qatarların alınması ilə bağlı İqtisadiyyat Nazirliyində danışıqlar aparılıb. 11 elektrik qatarı və 3 yeni dizel qatarının alınmasına ehtiyac var.

C.Qurbanov qeyd edib ki, hazırda bu yolun 20 kilometrlik məsafədə dəmir yolu çəkilişi üçün torpaq yatağı hazırdır və işlər davam etdirilir. Gələn il turistlərin dəmir yolu ilə daşınmasını həyata keçirmək imkanı əldə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 367