Bayılda təhlükə artır - Avtobusların gediş-gəlişi dayandırıldı


12:39     12 Oktyabr 2018 avtobus7.jpg

Xəbər verdiyimiz kimi, Bakının Badamdar qəsəbəsində, Bayıl yamacında sürüşmə yenidən aktivləşib. Bununla əlaqədar olaraq paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2142