Dəhşətli qəzanın təfərrüatı: Ölən və yaralılar var

Dəhşətli qəzanın təfərrüatı: Ölən və yaralılar var


12:52     12 Oktyabr 2018 big_1405422456_qeza.jpg

Goranboy rayonunda ağır yol qəzası baş verib.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub.

Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 322