Əliyev və Ərdoğan nəhəng zavodu bu tarixdə işə salacaq - AÇIQLANDI


13:06     12 Oktyabr 2018 18_10_12_1539335301.jpg


Türkiyədə 20 zavoddan ibarət STAR neft emalı kompleksi 19 Oktyabrda istifadəyə veriləcək.

Femida.az Marja-ya istinadən xəbər verir ki, STAR, 7 illik tikinti prosesinin ardından istifadəyə verilir.

SOCAR-ın Türkiyə investisiyaları içərisində əhəmiyyətli paya malik olan zavod, 19 Oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakının nəzərdə tutulduğu mərasimlə istifadəyə veriləcək.

İzmir Əliağada PETKİM şəhərciyi yanında 2011-ci ildə tikintisinə başlanan zavod 20 istehsal obyektindən ibarətdir.

Femida.az

Açar sözlər: #zavod   #star   #neft   #Ərdoğan   #İlham_Əliyev  

Oxunub: 688