Rusiyalı deputat Qarabağa gedib - Milli Məclis Dumaya müraciət edəcək
13:15 12 Oktyabr 2018
“Milli Məclisin deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, eyni zamanda digər komitələrə kəskin arqumentlərlə müraciət hazırlamışıq”.
Femida.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.
“Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya dövlət dumasının xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi.
O, Rusiya hakim partiyasının üzvü olduğuna görə həmin partiyaya da müraciət etmişik. Əmin ola bilərsiniz ki, bu məsələ diqqət mərkəzindədir. Müraciətimizdə qeyd etmişik ki, Rusiya Federal Məclisi Dövlət Dumasının rəhbərliyi üzvlərə prosedur qayda da xəbərdarlıq etsin ki, işğal olunmuş ərazilərə getməsinlər”.
Femida.az
Oxunub: 398
Oxşar xəbərlər
- Rusiyalı həmsədr Paşinyanla görüşüb
- Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib
- Rusiyalı deputat Njdenin Xocavənddəki heykəlini təxribat adlandırıb
- Rusiyalı polkovnik Bakı və İrəvana qaytarılan əsirlərin sayını açıqladı
- Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı
- Rusiyalı nazirin azərbaycanlı müavini vəzifədən azad edildi
- Rusiyalı professor koronavirusla bağlı nikbin proqnoz verdi
- Rusiyalı rəsmilər Ali Məhkəmədə
- Rusiyalı futbolçu Türkiyədə itkin düşdü
- Rusiyalı deputat erməni-faşist Qaregin Njdenin lövhəsinə boya töküb