Parlamentdə rus qadınların Qarabağa səfərinə etiraz edildi
13:24 12 Oktyabr 2018
“Azərbaycan Rusiya münasibətləri yüksək səviyyədədir. Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prerzidenti Vladimir Putinin görüşü bunu bir daha göstərir. Amma təəssüflə deməliyəm ki, oktaybrın 7-də Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa bir qrup rusiyalı qadın qanunsuz səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurova da olub. Onlar səfərlərini sülhlə bağlı adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini Ermənistan və Qarabağ erməni separatçıları başlayıblar”.
Femida.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova deyib.
“Onlara məlum deyilmi ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib? Qarabağ müharibəsi zamanı erməni seperatçıları tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, rus millətinin nümayəndələri də olub. Bu terrorçu əməlləri ilə ermənilər onlarla rus analarını da gözüyaşlı qoyublar. Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram”- deyə, deputat əlavə edib.
Femida.az
Oxunub: 452
Oxşar xəbərlər
- Parlamentdə bələdiyyələrlə bağlı hesabat veriləcək
- Parlamentdə vaksinasiya ilə bağlı dinləmə başlayır
- Parlamentdə Zəfər Günü ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq
- Parlamentdə dövlət büdcəsi haqqında qanuna dəyişiklik müzakirəyə çıxarılacaq
- Parlamentdə 12 layihənin müzakirəyə çıxarılması təxirə salınıb - SİYAHI
- Parlamentdə bir neçə sənəd müzakirə ediləcək
- Parlamentdə bəzi qanunlar qəbul edilib
- Parlamentdə yeni şöbə və sektor yaradıldı
- Parlamentdə “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi müzakirə olunacaq
- Parlamentdə Məmmədyarovun məktubu oxundu