Bankdan şəhidlərin “qanpulu” ilə bağlı narazılığa reaksiya – “Anlaşılmazlıq olub”


13:28     12 Oktyabr 2018 kapital_bank_231114.jpg

Dünən xəbər vermişdik ki, Kapitalbankda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə şəhid ailələrinə ayrılan 11.000 manat birdəflik yardımı almaq məqsədi ilə sözügedən bankda açılan hesab nömrəsi haqqında arayış üçün 10 manat tutulur.

Eyni zamanda, şəhid ailələrinə bildirmişdilər ki, 11.000 manatdan da 1 faiz, yəni 110 manat bank xidməti haqqı tutulacaq.



Femida.az Qaziler.az-a istinadən xəbər verir ki, bu gün Kapitalbankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov baş verənlərə aydınlıq gətirib:

"Əslində burada bir anlaşılmazlıq var. Çünki hesab nömrəsi bütün müştərilərimiz üçün pulsuz açılır, arayışlar üçün isə on manat ödəniş olur. Lakin şəhid ailələri üçün bu arayışlar da tam ödənişsizdir. Eyni zamanda, on bir min manatdan da heç bir xidmət haqqı tutulmayacaq. Bu barədə Kapitalbankın daxili təlimatı da var. Hansı şəhid ailəsi üzvü Kapitalbanka arayış üçün on manat ödəyibsə, birinci gündən filiallarımıza yaxınlaşaraq həmin çekləri təqdim edərək vəsaiti geri ala bilərlər. Ümumiyyətlə, Kapitalbank şəhid ailələrinə, Qarabağ qazilərinə həmişə diqqət və qayğı ilə yanaşıb. Bundan sonra da belə olacaq. Baş vermiş anlaşılmazlıqdan, sadəcə, təəssüflənirik!”, - deyə o, bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1602