Azərbaycanlı sürücü 15 metrlik körpüdən çaya düşdü - Türkiyədə
13:50 12 Oktyabr 2018

Türkiyənin Kayseri şəhərində bir avtomobil və azərbaycanlı sürücünün idarə etdiyi yük maşını 15 metr yüksəklikdən Qızılirmaq çayına düşüb.
Femida.az xəbər verir ki, əvvəlcə Kayseri - Ankara yolunda 38 ADU 077 nömrəli avtomobilin sürücüsü idarəetməni itirib və körpüdən çaya yuvarlanıb. Avtomobilin çaya düşdüyünü görən arxadakı iki maşın anidən əyləcə basıb. Onların arxasındakı Azərbaycan dövlət nömrə nişanlı (99 AZ 285) yük maşını sözügedən iki avtomobilə dəyərək Qızılirmaq çayına düşüb.
Qəzada 7 nəfər yaralanıb. Adı açıqlanmayanazərbaycanlı sürücü suda boğulmaq təhlükəsi ilə üzləşsə də, son anda xilasedicilər tərəfindən sıxılıb qaldığı yerdən çıxarılıb və Kayseri xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Amin Nəzərli
Femida.az
Oxunub: 344